Rus qoşunu hərəkətləndi, Həsənov Şoyquya zəng etdi? – Təcili

SİYASƏT bölməsi

13:41 - 26 Fevral 2024

 Rus qoşunu hərəkətləndi, Həsənov Şoyquya zəng etdi? – Təcili

Erməni mediası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı apardığı haqda məlumat yayıb.

Yenipress.az xəbər verir ki, erməni mediası məlumatın mənbəyi kimi “RİA Novosti”ni göstərib.

Bildirilib ki, telefon danışığı Zakir Həsənovun təşəbbüsü ilə baş tutub.

"Söhbət zamanı ikitərəfli əlaqələr və əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib.

Şoyqu cümə günü başlayan qoşunların döyüş hazırlığının qəfil yoxlanılması barədə Zakir Həsənova məlumat verib. O, bu hadisənin proqram xarakterli olduğunu və heç bir halda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı olmadığını vurğulayıb", - məlumatda qeyd edilib.

Araşdırmalarımız zamanı bəlli oldu ki, Rusiya Müdafiə Nazirliyinin saytında son günlər Şoyqu ilə Həsənov arasında bu mövzuda hər hansı telefon danışığının olması barədə məlumat yoxdur.

RİA-nın sözügedən xəbəri isə 2020-ci ilin 18 iyuluna aiddir. Həmin vaxt Tovuz hadisələri baş vermişdi və Rusiya lideri Vladimir Putinin əmri ilə Rusiyanın Cənub Hərb Dairəsi döyüş hazırlığına başlamışdı. Sözügedən telefon danışığı zamanı Şoyqu Zakir Həsənovu bu təlimin planlı olduğu və həmin ərəfədə Tovuz rayonu istiqamətində erməni təxribatı ilə heç bir əlaqəsi olmadığını bildirmişdi.

Xəbər xətti


Digər xəbərlər