ABŞ: Bu, İran hökumətinin xalqdan qorxduğunu göstərir

DÜNYA bölməsi

17:45 - 23 Fevral 2024

 ABŞ: Bu, İran hökumətinin xalqdan qorxduğunu göstərir

Antifilterlərdən istifadəni qadağan etmək İran hakimiyyətinin xalqdan qorxduğunu göstərir.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Bu qərar İran hökumətinin insanların internetə və informasiyaya maneəsiz çıxışından nə qədər qorxduğunun göstəricisidir”, - o bildirib.

Qeyd edək ki, İran Kiberməkan Ali Şurasının yeni qərarına əsasən, qanuni icazənin alındığı hallar istisna olmaqla, filter sındıran proqramlardan istifadə qanunsuz elan edilib.

Xəbər xətti