Bayden: Niyə o, həmişə Amerikanı günahlandırır?

DÜNYA bölməsi

11:47 - 21 Fevral 2024

 Bayden: Niyə o, həmişə Amerikanı günahlandırır?

Niyə Tramp həmişə Amerikanı günahlandırır? Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır. Tramp bunu niyə deyə bilmir?

Yenipress.az xəbər verir ki, bunu Aleksey Navalnınin ölümü ilə bağlı Trampın şərhlərinə reaksiya verən Co Bayden deyib.

“Keçmiş prezident Tramp və digər respublikaçılar Navalnının ölümünə görə Putini məsuliyyətə cəlb etməkdən imtina edirlər. Bunun əvəzinə o öz hüquqi problemlərinə istinad edərək Amerikanı tənəzzülə uğrayan ölkə adlandırır”,- Bayden bildirib.

Xəbər xətti