Bülbüloğlu təsdiqlədi: Kamil Zeynallı buna görə saxlanılıb

GÜNDƏM bölməsi

11:14 - 21 Fevral 2024

 Bülbüloğlu təsdiqlədi: Kamil Zeynallı buna görə saxlanılıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib.

Yenipress.az xəbər verir ki, səfir bu barədə “Caliber”ə açıqlamasında deyib.

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”, - Bülbüloğlu bildirib.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Xəbər xətti