Rusiya MN: Koks-kimyəvi zavodunda rus bayraqları asıldı

DÜNYA bölməsi

10:33 - 19 Fevral 2024

 Rusiya MN: Koks-kimyəvi zavodunda rus bayraqları asıldı

Rus qoşunları Avdeyevkadakı koks-kimyəvi zavodunu ukraynalı yaraqlılardan tamamilə təmizləyib.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücumu davam etdirən “Mərkəz” qoşun qrupu Avdeyevka istiqamətində koks-kimyəvi zavodunu tam nəzarətə götürüb. Zavodun inzibati binalarına Rusiya bayraqları asılır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna silahlı qüvvələrinin bölmələri nizamsız şəkildə geri çəkilməyə davam edir.

Xəbər xətti