Öldürülən jurnalistlərin sayı artdı

DÜNYA bölməsi

12:33 - 16 Fevral 2024

 Öldürülən jurnalistlərin sayı artdı

2023-cü ildə dünyada 99 media işçisi öldürülüb. Onlardan dörddə üçündən çoxu İsrailin HƏMAS hücumuna cavab olaraq Qəzzada keçirdiyi hərbi əməliyyat zamanı həlak olub.

Yenipress.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Ödürülən jurnalistlərin sayı 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb ki, bu da 2022-ci ilə nisbətən 44 faiz çoxdur. İsrailin Qəzzada keçirdiyi əməliyyatın ilk üç ayında 77 jurnalist və digər media işçisi öldürülüb. Sözügedən əməliyyat  nəticəsində 72 fələstinli, üç livanlı və iki israilli jurnalist həlak olub. Ukraynadakı müharibə zamanı 2022-ci ildə 13, 2023-cü ildə isə 2 jurnalist öldürülüb. Bununla yanaşı, dünyanın qalan ölkələrində öldürülən media işçilərinin sayı azalıb, 2022-ci ildə bu rəqəm 69, 2023 ildə isə 22 nəfər olub. 2023-cü ildə həbs olunan jurnalistlərin sayı isə 320 nəfərə çatıb”, - məlumatda deyilir.

Xəbər xətti