Bayden Netanyahuya Rəfahda əməliyyata başlamamağı tövsiyə etdi

DÜNYA bölməsi

12:25 - 16 Fevral 2024

 Bayden Netanyahuya Rəfahda əməliyyata başlamamağı tövsiyə etdi

ABŞ Prezidenti Bayden İsrailin Baş naziri Netanyahuya mülki əhalinin müdafiəsi üçün dəqiq plan olmadan Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyata başlamamağı tövsiyə edib.

Yenipress.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumata görə, telefon danışığı aparan Bayden və Netanyahu HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi perspektivlərini, anklavlara humanitar yardımın çatdırılmasını müzakirə ediblər:

“Bayden Rəfahdakı vəziyyətə də toxunub və vurğulayıb ki, orada mülki əhalinin müdafiəsi, eləcə də dəstəklənməsi üçün etibarlı və həyata keçirilə bilən plan olmadan hərbi əməliyyat başlanmamalıdır”.

Xəbər xətti


Digər xəbərlər