Qəzzada istifadə olunan partlayıcının miqdarı 4 atom bombasına bərabərdir

DÜNYA bölməsi

11:45 - 16 Fevral 2024

 Qəzzada istifadə olunan partlayıcının miqdarı 4 atom bombasına bərabərdir

İsrailin Qəzzada istifadə etdiyi partlayıcıların miqdarı Amerikanın Yaponiyanın Xirosimaya atdığı bombanın 4 mislinə bərabərdir.

Yenipress.az xəbər verir ki, bu barədə Ənsarullah üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi Qəzzadakı əməliyyatların son vəziyyəti ilə bağlı danışarkən deyib.

“İsrailə bağışlanan bomba və raketlər ABŞ, İngiltərə və bəzi Qərb ölkələrinin ən son texnologiyalarıdır. Qəzzada baş verən dağıntı və cinayətlərin də bu qədər uzun müddət ərzində davam etdirilməsinin əsas məsuliyyəti ABŞ-ın üzərindədir”, - o bildirib.  

Xəbər xətti


Digər xəbərlər