Elmira Axundova səssizliyini pozdu, harada olduğunu açıqladı

TOPLUM bölməsi

14:58 - 4 Mart 2022

 Elmira Axundova səssizliyini pozdu, harada olduğunu açıqladı

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.

Yenipress.az xəbər verir ki, səfir hazırda Bakıda olduğunu bildirib.

O, səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə bu gecə Bakıya gəlib. Səfir qeyd edib ki, həmin şəxsləri təxliyə etmək çox çətinliklə baş tutub.

Elmira Axundova eyni zamanda səhhəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

Xəbər xətti