Müharibədə ölən rus hərbçilərin yeni sayı açıqlandı

DÜNYA bölməsi

11:21 - 4 Mart 2022

 Müharibədə ölən rus hərbçilərin yeni sayı açıqlandı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbukda yazıb.

İndiyədək 9 166 nəfər zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.

İşğalçı qüvvələrin 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşını, 105 artilleriya qurğusu, 18 hava hücumundan müdafiə sistemi, 50 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 404 avtomobil texnikası məhv edilib.

Xəbər xətti