Bir həftədə 9 min rus öldürülüb - Zelenskidən şok

DÜNYA bölməsi

09:28 - 3 Mart 2022

 Bir həftədə 9 min rus öldürülüb - Zelenskidən şok

Həftə ərzində Rusiya ordusunun şəxsi heyəti arasında itkilər təxminən 9 min nəfər təşkil edir.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

Prezident vurğulayıb ki, Ukrayna ordusu düşməni tam darmadağın etmək üçün hər şeyi edir.

“Bir həftə ərzində təxminən 9 min rus öldürülüb”.

 

Zelenski bildirib ki, Nikolayev istiqamətində işğalçılar öz əsgərlərini - ölüləri və yaralıları götürmək üçün onlarla helikopter göndərməli olurlar:

“19-20 yaş... Bunlar həyatda nə görüblər, özgə torpaqların işğalından başqa?!” – dövlət başçısı bildirib.

Xəbər xətti