BMT-də Rusiya əlehyinə qətnamə: Azərbaycan necə səs verdi?

GÜNDƏM bölməsi

00:17 - 3 Mart 2022

 BMT-də Rusiya əlehyinə qətnamə: Azərbaycan necə səs verdi?

BMT Baş Assambleyasında Türkiyə və Gürcüstan da daxil olmaqla, 141 ölkənin dəstəyi ilə Rusiyanın Ukraynaya qarşı təcavüzünə dair qətnamə qəbul edilib.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.

O bildirib ki, 5 ölkə - Rusiya, Belarus, Suriya, Şimali Koreya, Eriteriya - qətnamənin əleyhinə səs verib:

“35 ölkə - Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Qırğızıstan, Pakistan, İran, İraq, Kuba, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şri-Lanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya, Laos və Mərkəzi Afrika Respublikası - bitərəf qalıb.

9 ölkə - Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopiya və Venesuela - təmsilçiləri isə səsverməyə qatılmayıb”.

Xəbər xətti