Rusiya azərbaycanlıları da Ukraynada öldürür

GÜNDƏM bölməsi

22:49 - 2 Mart 2022

 Rusiya azərbaycanlıları da Ukraynada öldürür

Rusiya yalnız Ukraynanın şəhərlərini dağıdıb ukraynalıları öldürmür, bu ölkədə yaşayan bütün xalqlar hədəf alınıb. Ölən soydaşlarımızın da sayı artır. Bunun hesabını kim verəcək?

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ukraynada yaşayan azərbaycanlıların mütləq əksəriyyəti illər boyu gecə-günüz çalışdılar, özlərinə və ailələrinə güzaran qurdular, içərilərində imkanlılar da çox idi, zavod, fabrik, restoran işlədənlər də az deyildi. İşğalçılar soydaşlarımızın yaratdıqlarını məhv edirlər. Əlbəttə, insan həyatı daha vacibdir. Ancaq onilliklər ərzində azərbaycanlıların Ukraynada qurub-yaratdıqları dağıdılır, müharibə bitdikdən sonra sıfırdan başlamalı olacaqlar”, - politoloq bildirib.

Qeyd edək ki, Ukraynada Rusiya ordusunun hücumu nəticəsində ölən azərbaycanlıların sayı 5-ə çatıb.

Xəbər xətti