İranda 8 milyon qızıl sikkə yoxa çıxdı

DÜNYA bölməsi

17:00 - 11 Dekabr 2023

 İranda 8 milyon qızıl sikkə yoxa çıxdı

İbrahim Rəisinin prezident seçildiyi vaxtdan bu günə kimi İran xəzinəsində saxlanılan 8 milyon qızıl sikkə yoxa çıxıb.

Yenipress.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Hadi Kəsayi X hesabında yazıb.

Rəisinin prezidentliyi dövründə xəzinənin 8 milyon ədəd qızıl sikkəsi yoxa çıxıb. Səbəbkarlar və müttəhimlər haqqında heç bir açıqlama verilmir. Məhkəmə sisteminə məsələ ilə bağlı müraciətlərim cavabsız qalıb”, - jurnalist bildirib.

Qeyd edək ki, bu ay İranda 3 milyard dollarlıq korrupsiya faktı ifşa edilib. O cümlədən, Tehran bələdiyyəsində 1 trilyon 700 milyard tümənin (340 milyon dollar) yoxa çıxdığına dair məlumat mətbuatda dərc olunub.

Xəbər xətti