İranlı mühacirlər Stokholmda aksiya keçirdilər

DÜNYA bölməsi

18:26 - 11 Dekabr 2023

 İranlı mühacirlər Stokholmda aksiya keçirdilər

Dekabrın 10-u axşam saatlarında İsveçdə yaşayan iranlı mühacirlər İsveç parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Yenipress.az xəbər verir ki, bu barədə onlar sosial mediada paylaşım ediblər.

Beynəlxalq İnsan Haqları Günü münasibətilə keçirilən aksiyada İran hökumətinin repressiyaları pislənilib.

Etirazçılar İsveç hökuməti və beynəlxalq ictimaiyyətdən Tehran hökumətinin insan haqlarını pozmasına laqeyd qalmamağı tələb ediblər.

Xəbər xətti