SEPAH daha iki etnik bəlucu güllələdi

DÜNYA bölməsi

16:21 - 11 Dekabr 2023

 SEPAH daha iki etnik bəlucu güllələdi

Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində SEPAH-ın yerli bölməsi olan Mersad briqadasının üzvləri iki gənc etnik bəlucu güllələyərək öldürüb.

Yenipress.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, Mücib Soxənqu və Həbib Askani adlı gənclər pərakəndə yanacaq satışı ilə məşğul olduqları zaman güllələniblər.

Bununla yanaşı, 3 pərakəndə yanacaq satan bəluc SEPAH qüvvələrinin təqibindən qaçarkən avtomobillərinin aşması nəticəsində ölüblər.

Qeyd edək ki, son bir il ərzində Əfqanıstan və Pakistanla sərhəd bölgələrində pərakəndə yanacaq satışı ilə məşğul olan 105 etnik bəluc öldürülüb, 52-i isə yaralanıb.

Xəbər xətti