Yevlaxda yeniyetmə zəhərlənmədən öldü

TOPLUM bölməsi

13:24 - 11 Dekabr 2023

 Yevlaxda yeniyetmə zəhərlənmədən öldü

2006-cı il təvəllüdlü vətəndaş (cinsi kişi olan) 10 dekabr tarixində saat 12:00 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətdə yerləşdirilib.

Bu barədə Yenipress.az-a TƏBİB-dən bildirilib. Məlumata görə, ona dəqiqləşdirilməmiş toksiki zəhərlənmə diaqnozu qoyulub.

Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent həkimlərin səylərinə baxmayaraq, saat 13:17 radələrində vəfat edib.

Xəbər xətti