ABŞ çağırış etdi: Ukraynaya yardım olmasa...

DÜNYA bölməsi

12:55 - 8 Dekabr 2023

 ABŞ çağırış etdi: Ukraynaya yardım olmasa...

Vaşinqtonun əlavə yardımı olmadan Ukrayna ordusunun Rusiyanın hava zərbələrindən müdafiə və döyüş meydanında irəliləmə qabiliyyəti azalacaq.

Yenipress.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Maliyyə yardımı ilə bağlı problemlər Ukraynanın Rusiyanın hücumlarına qarşı özünü müdafiə etmək, eləcə də yeni əraziləri azad etmək qabiliyyətini əhəmiyyətli dərəcədə azalacaq. Ukraynanın ordunun infrastruktur obyektləri və birləşmələrinə hücum edən raket və dronları vurmaq qabiliyyəti də ciddi şəkildə azalacaq”, - Sallivan bildirib.

Ağ Evin müşavirinin sözlərinə görə, Kiyevin 155 mm-lik artilleriya mərmilərinin ehtiyatı da azalmağa davam edir.

Xəbər xətti