Paşinyana yeni səlahiyyəti verildi

DÜNYA bölməsi

12:20 - 8 Dekabr 2023

 Paşinyana yeni səlahiyyəti verildi

Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsi ikinci oxunuşda baş nazirə lazım gəldikdə səfirliklərdə fəaliyyət göstərəcək hərbi və ticarət attaşelərini təyin etmək imkanı verən layihəni təsdiqləyib.

Yenipress.az xəbər verir ki, bu barədə “Novosti-Armenia” məlumat yayıb.

Dəyişikliklərə əsasən, attaşelərin müavinləri və köməkçiləri ola bilər.

Bundan əlavə, kadr ehtiyatına mövcud vakant vəzifələr üzrə müsabiqələrdə qalib gəlmiş, lakin heç vaxt vəzifəyə təyin olunmamış şəxslər də daxil ediləcək.

Xəbər xətti