Separatçı liderlərin qaytarılmaması o deməkdir ki... - Surenyants

GÜNDƏM bölməsi

11:56 - 8 Dekabr 2023

 Separatçı liderlərin qaytarılmaması o deməkdir ki... - Surenyants

Azərbaycan və Ermənistan liderlərinin administrasiyalarının birgə bəyanatına gəlincə, 32 erməni hərbi əsirin qaytarılması faktı sevindiricidir. Ermənistan və Azərbaycan arasında etimad mühiti yarada biləcək addımlar təşviq edilir. Əsirlərin qaytarılmasının hamının hamıya prinsipi ilə baş tutmaması isə prosesin Azərbaycan üçün faydalı mübadiləyə çevrilməsi ilə bağlıdır.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Ermənistan və Azərbaycan liderlərinin birgə bəyanatını şərh edərkəb deyib.

“Azərbaycan bütün hərbi qulluqçularını geri qaytarıb, ən azı onlarla hərbi əsirimiz (Azərbaycan tərəfindən terrorçu kimi tanınan separatçı silahlı birləşmənin üzvləri nəzərdə tutulur - red.) isə Bakı həbsxanalarında qalacaq. Bakının onları hansı şərtlərlə İrəvana qaytardığı bəlli deyil. Azərbaycan-Ermənistan razılaşmaları “artsaxın hərbi-siyasi rəhbərliyinin girov” götürülməsindən yan keçdi. Bu, rəsmi İrəvanın həmin insanların taleyi ilə bağlı xüsusi narahat olmadığını, digər tərəfdən isə Ermənistanın Azərbaycanın gündəliyi və şərtləri ilə bir daha razılaşdığını göstərir”, - o bildirib.

Xəbər xətti