Oğlum Azərbaycana gəlir - Hüseynin anası

GÜNDƏM bölməsi

11:13 - 8 Dekabr 2023

 Oğlum Azərbaycana gəlir - Hüseynin anası

Axşam eşitdik ki, oğlum Azərbaycana gəlir. Mübadilə ilə bağlı razılığa gəlindiyini deyirlər. Hələ ki, bu haqda bizə rəsmi məlumat verilməyib. Ombudsman Aparatından və Qızıl Xaçdan zəng edib, sevincimizi bölüşüblər, göz aydınlığı veriblər.

Yenipress.az xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun erməni əsgərlərlə dəyişdiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O, bu xəbərin onun üçün gözlənilməz olduğunu bildirib:

“Teleqramda, digər sosial şəbəkələrdə xəbəri gördüm. Ardınca zəng edib dedilər. Aqşinin anasının xəbəri yox idi. Mən ona zəng edib, gözaydınlığı verdim ki, uşaqlarımızı erməni əsgərlərlə dəyişirlər. O da çox sevindi. Bütün qohum-əqrabam bizdədir. Rayondan zəng edirlər ki, biz nə vaxt gələk? Biz Hüseynin dəqiq nə zaman gələcəyini bilmirik. Deyirlər, sürətli dəyişilmə olacaq. Dünyanın xoşbəxtiyəm, məni axşam görsəydiniz… Gözümü hələ yummamışam. Yatmıram ki, birdən oğlum gələr, qarşılaya bilmərəm. Bizə dedilər ki, uşaqlar Bakıya gələn kimi bizimlə telefonla danışdıracaqlar. Bəziləri deyir, bir müddət evə buraxmayacaqlar, həkimlər baxacaq, bəziləri deyir, evə buraxılacaq. Gözləyirik...

Xəbər xətti