Təbriz bazarında hicaba görə qadın döyüldü - Video

TOPLUM bölməsi

10:39 - 8 Dekabr 2023

 Təbriz bazarında hicaba görə qadın döyüldü - Video

Dekabrın 7-də Təbriz bazarında məcburi hcab qaydalarını pozan qadın məmurlar tərəfindən döyülüb.

Yenipress.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bildirilib ki, qadın geyim tərzinə görə onu təhqir edən məmurlara irad bildirdiyi üçün hücuma məruz qalıb.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin tabeliyində vətəndaşların geyim tərzi və qadınların hicabına nəzarət edən “Hicabban” - “Hicab polisi” adlı qurum yaranıb. Bu qurum ictimai yerlərdə və ictimai nəqliyyatda qız və qadınların geyim tərzinin məcburi qaydalara uyğun olmasına nəzarət edir.

Xəbər xətti