Putin: Güclü təzyiqlərə boyun əyməyən liderlər...

DÜNYA bölməsi

17:51 - 7 Dekabr 2023

 Putin: Güclü təzyiqlərə boyun əyməyən liderlər...

Xarici təzyiqlərə boyun əyməyən və öz milli maraqlarını rəhbər tutan güclü ölkələrin liderləri var.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“İstənilən kənar təzyiqə, dişlərin qıcanmasına, masanın döyülməsinə,  qulağa pıçıldamalara rəğmən, bu təzyiqlərə boyun əyməyən, ilk növbədə öz milli maraqlarını rəhbər tutan dövlətlərin, o cümlədən güclü dövlətlərin rəhbərləri var”, - o bildirib.

Prezident vurğulayıb ki, belə ölkələr Rusiyanın inkişaf üçün təklif etdiyi modelə uyğun gəlir.

Xəbər xətti