Yazıçının dəfn mərasimində mədəni fəal həbs edildi

DÜNYA bölməsi

17:22 - 7 Dekabr 2023

 Yazıçının dəfn mərasimində mədəni fəal həbs edildi

Bu gün yerli vaxtla saat 12-də Təbrizin “Vadi rəhmət”qəbiristanlığında mədəniyyət xadimi və yazıçı Əli Cəngcuy Xalitabadinin dəfn mərasiminə təhlükəsizlik məmurları müdaxilə edib.

Yenipress.az xəbər verir ki, bu barədə mərasimdə iştirak edən fəallar məlumat yayıb.

Məmurlar tərəfindən saxlanılaraq naməlum yerə aparılan fəalın adının Hidayət olduğu, soy adının hələlik müəyyənləşdirilmədiyi qeyd edilib.

Bildirilib ki, dəfn mərasiminə toplaşan mədəniyyət xadimləri, tanınmış şair və yazıçılar, sənətçilər Azərbaycan dilində çıxış edib, şeirlər səsləndirib və "Azərbaycan" mahnısını ifa ediblər.

Mərasim iştirakçıları "Azərbaycan sənin başın sağ olsun, Böyük kişi yolun davamlı olsun" şüarı səsləndirərək, Əli Xalitabadini torpağa tapışırıblar.

Xəbər xətti