Yol polisindən pişiklərlə bağlı xəbərdarlıq

TOPLUM bölməsi

16:35 - 7 Dekabr 2023

 Yol polisindən pişiklərlə bağlı xəbərdarlıq

Soyuq qış aylarında pişiklər isti yer axtarırlar. Adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir.

Yenipress.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı məlumatda bildirilib.

Qeyd olunub ki, çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir.

"Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.

Xəbər xətti