Volodin: Kivanın qətlində bu ölkə günahkardır!

DÜNYA bölməsi

15:50 - 7 Dekabr 2023

 Volodin: Kivanın qətlində bu ölkə günahkardır!

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın qətlində ABŞ-ı günahlandırıb.

Yenipress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“ABŞ Kiyev rejiminə kömək etdikcə, onun terror hücumları davam edəcək”, - o bildirib.

Qeyd edək ki, bir neçə ay öncə Moskva vilayətinin Odintsovo rayonunda Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılmışdı.

Xəbər xətti