Bu iranlılar Kanadadan çıxarılır

DÜNYA bölməsi

15:10 - 7 Dekabr 2023

 Bu iranlılar Kanadadan çıxarılır

Kanada hökuməti 10 yüksək rütbəli iranlı məmurun ölkədən çıxarılmasına qərar verib.

Yenipress.az xəbər verir ki, bu barədə Kanada Sərhəd Təhlükəsizliyi Agentliyinin sözçüsü Maria Laduser məlumat yayıb.

O, İran hökumətinə bağlı daha 9 şəxsin işinin araşdırılması üçün dosyelərinin Qaçqınlar Komissiyasına göndərildiyini bildirib.

Ölkədən çıxarılmasına qərar verilən şəxslər arasında bundan əvvəl İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak edən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının adı var.

Kanada Mühafizəkarlar Partiyasının sədr müavini Melissa Lantzman İran məmurlarına qarşı bu addımların qeyri-kafi olduğunu deyib:

“Daha sərt tədbirlər görülməli və repressiyalarda əli olan iranlı məmurların Kanadadan çxarılması üçün qaçqın qanununda dəyişiklik olunmalıdır”.

Qeyd edək ki, Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 141 nəfər barəsində tədqiqat başladılıb.

Xəbər xətti