Türkmən qazı Türkiyəyə İran üzərindən nəql edilə bilər

İQTİSADİYYAT bölməsi

13:50 - 7 Dekabr 2023

 Türkmən qazı Türkiyəyə İran üzərindən nəql edilə bilər

Türkmənistan və Türkiyənin hökumətlərarası komissiyası Aşqabadda türkmən qazının İran ərazisindən tranzitlə Türkiyəyə nəqli imkanlarını müzakirə edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Neytral Turkmenistan” qəzeti məlumat yayıb.

“Tərəflər türkmən təbii qazının Türkiyə bazarına nəqli imkanlarını müzakirə ediblər. Bu kontekstdə Türkmənistandan İran vasitəsilə Türkiyəyə qaz nəqli layihəsinin aktuallığı vurğulanıb. Türkmənistanın resurs bazası və son illərdə ölkədə yaradılmış qaz nəqli infrastrukturu qərb istiqamətində qaz tədarükünü lazımi həcmdə həyata keçirməyə imkan verir”, - məlumatda deyilir.

Qeyd edək ki, Türkmənistan artıq İran vasitəsilə Azərbaycana təbii qazın svop tədarükünü həyata keçirir. Hazırda türkmən qazının İraqa analoji sxem üzrə nəqli ilə bağlı müzakirələr də aparılır.

 

Xəbər xətti