Prezident seçkisinin irəli çəkilməsinin səbəbi - Politoloq açıqladı

SİYASƏT bölməsi

13:31 - 7 Dekabr 2023

 Prezident seçkisinin irəli çəkilməsinin səbəbi - Politoloq açıqladı

Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa Birliyində də 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azırbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur”, - politoloq vurğulayıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkiləri təyin edilib.

Xəbər xətti


Digər xəbərlər