Simonyan: Rusiyanın imzasına sadiq qaldığını göstərmək şansı var

DÜNYA bölməsi

13:21 - 7 Dekabr 2023

 Simonyan: Rusiyanın imzasına sadiq qaldığını göstərmək şansı var

Moskva ilə İrəvan arasında “silah məsələsi” həll oluna bilər və Rusiyanın öz prinsiplərinə, eləcə də imzalanmış sənədlərə sadiq qaldığını göstərmək şansı var.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Lakin bu, heç bir halda Ermənistanın öz təhlükəsizliyini təmin etmək qərarına təsir etməyəcək. Əgər öhdəliklər yerinə yetirilmirsə və onların yerinə yetirilməməsi faktdırsa, Ermənistan maraqlarını qorumalıdır,  burada başqa fikir ola bilməz”, - o bildirib.

Qeyd edək ki, İrəvan bundan əvvəl bildirmişdi ki, Rusiya onlara vəsaitlərin köçürüldüyü müqaviləyə əsasən silah və hərbi texnika tədarük etməyib. Paşinyan isə qeyd edib ki, bu vəsaitin bir hissəsi üçün Rusiyaya olan borcun silinməsi məsələsi üzərində iş gedir.

Xəbər xətti