Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi - Son dəqiqə

TOPLUM bölməsi

12:03 - 7 Dekabr 2023

 Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi - Son dəqiqə

Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Yenipress.az sərəncamın mətnini təqdim edir:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Xəbər xətti