Şuşada bir nəfər minaya düşdü - Təcili

TOPLUM bölməsi

12:01 - 7 Dekabr 2023

 Şuşada bir nəfər minaya düşdü - Təcili

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Yenipress.az-a bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

Xəbər xətti