Mən “Çin əsri”nə imkan verməyəcəm - Desantis

DÜNYA bölməsi

11:22 - 7 Dekabr 2023

 Mən “Çin əsri”nə imkan verməyəcəm - Desantis

ABŞ XXI əsrin “Çin əsri”nə çevrilməsinə imkan verməməlidir.

Yenipress.az xəbər verir ki, bunu Amerika prezidenti postuna iddialı Florida qubernatoru Ron Desantis deyib.

“Çinin ambisiyalarının qarşısını almaq milli təhlükəsizliyimiz üçün bir nömrəli prioritetdir, mən bunu yerinə yetirəcəyəm və biz buna nail olacağıq. XXI əsr Amerika əsri olmalıdır. Biz onun Çin əsrinə çevrilməsinə imkan verə bilmərik”, - o bildirib.

Xəbər xətti