Çinin sabiq XİN rəhbəri işgəncədən öldürülüb – KİV 

DÜNYA bölməsi

17:51 - 6 Dekabr 2023

 Çinin sabiq XİN rəhbəri işgəncədən öldürülüb – KİV 

2023-cü ilin iyulunda işdən çıxarılan və aylardır ictimaiyyət arasında görünməyən keçmiş Çin xarici işlər naziri Vanq Yi intihar etmiş və ya işgəncədən ölmüş ola bilər.

Yenipress.az xəbər verir ki, bu barədə “Politiko” Çindəki yüksək vəzifəli mənbələrinə istinadən məlumat yayıb.

Nəşr keçmiş nazirin Pekində xəstəxanada olduğunu və bəzi məlumatlara görə işgəncədən ölə biləcəyini iddia edir:

“İntiharı da istisna etmək olmaz. Çin rəsmilərindən bu məlumatlara heç bir rəsmi cavab verilməyib. Nazir sonuncu dəfə iyunun 25-də - Pekində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüş zamanı ictimaiyyət qarşısında görünüb. Həmin gün çinli nazir Şri-Lanka və Vyetnamdan olan həmkarları ilə görüşüb”.

Xəbər xətti