Hava xəbərdarlığı: intensiv yağış, külək...

TOPLUM bölməsi

17:11 - 6 Dekabr 2023

 Hava xəbərdarlığı: intensiv yağış, külək...

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Yenipress.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Xəbər xətti