Sürücülər bu halda cərimədən yayına bilərlər - Ekspert

TOPLUM bölməsi

15:10 - 6 Dekabr 2023

 Sürücülər bu halda cərimədən yayına bilərlər - Ekspert

Paytaxtda əhalinin demək olar  ki, 90%-i şəxsi avtomobilindən istifadə edir. Belə olduğu halda avtomobil sürücülərinin avtobus zolağına çıxması gözlənilən haldır.

Bunu Yenipress.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

“Amma bu hal olmamalıdır. Bunun cəriməsi 40 manatdır. Biz öz potensiallarımızdan istifadə edərək cərimədən yayına bilərik. Məsələn işə, dərsə gedərkən şəxsi avtobilimizi evdə qoyub avtobusdan istifadə edə bilərik. Avtobuslar yeni zolaqlar üzərində hərəkət edərkən yol boş olur və  dayanacaqlara tez çatır. Bu, həm də insanların gedəcəkləri ünvana daha tez aparır. Bu halda sürücülər də cərimədən yayına bilirlər.

Bizim yolların quruluşu şərq üslubundadır. Biz öz standartlarımızı əlavə etməklə avtobus zolağını Azərbaycanda da yarada bilmişik”, - ekspert qeyd edib.

Elmin

Xəbər xətti