İranın təhlükəsizlik məmurları iki etnik bəlucu güllələdi

DÜNYA bölməsi

15:00 - 6 Dekabr 2023

 İranın təhlükəsizlik məmurları iki etnik bəlucu güllələdi

Sistan və Bəlucistan əyalətinin Çabahar bölgəsinin Tis kəndində təhlükəsizlik məmurları iki etnik bəlucu güllələyərək öldürüb.

Yenipress.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

18 yaşlı Əli Rəisi və 19 yaşlı Məhəmməd Rəisinin şəxsi avtomobillərində yaxın məsafədən hədəf alındığı bildirilib.

Hadisənin səbəbləri barədə açıqlama verilməyib.

Xəbər xətti