Gədəbəydə qəzaya düşən qazi Bakıda dünyasını dəyişdi - Foto

TOPLUM bölməsi

12:31 - 6 Dekabr 2023

 Gədəbəydə qəzaya düşən qazi Bakıda dünyasını dəyişdi - Foto

Bir neçə gün əvvəl Gədəbəydə idarə etdiyi avtomobillə qəzaya düşən Vətən müharibəsi qazisi Sərxan Məmmədov vəfat edib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Slavyanka kəndində VAZ markalı avtomobilin aşması nəticəsində xəsarət alan S.Məmmədov daha sonra Bakıdakı Respublika Klinik Xəstəxanasına gətirilib. Lakin o, dünən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Sərxan Vahid oğlu Məmmədov müharibədəki xidmətlərinə görə bir sıra medallarla təltif edilib.

Xəbər xətti