Türkiyə MOSSAD casuslarının həbsinə hazırlaşır

DÜNYA bölməsi

10:56 - 6 Dekabr 2023

 Türkiyə MOSSAD casuslarının həbsinə hazırlaşır

İsrail kəşfiyyatı MOSSAD dəfələrlə Türkiyədə insanları casus fəaliyyətinə cəlb edib, əməliyyatlar hazırlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda MOSSAD üzvlərinin həbsi gözlənilir.

Qeyd edək ki, “Voll Strit Jurnal” qəzeti İsrail rəsmilərinə istinadən bildirmişdi ki, MOSSAD Qəzzada müharibə başa çatdıqdan sonra bütün dünyada HƏMAS liderlərini məhv etməyə hazırlaşır. Xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlandığı iddia edilir.

Eyni zamanda, Türkiyənin daxili işlər naziri Əli Yerliqaya İsrail kəşfiyyatının Türkiyədə HƏMAS liderlərinə qarşı hər hansı hücumunu qəbuledilməz adlandırıb və belə bir hadisə baş verərsə, İsrailin ağır bədəl ödəyəcəyini vurğulayıb.

Xəbər xətti