Seysmoloq ağladı: Dəhşətli zəlzələ ola bilər

DÜNYA bölməsi

10:20 - 6 Dekabr 2023

 Seysmoloq ağladı: Dəhşətli zəlzələ ola bilər

Qatıldığı proqramda ağlayaraq 18 əyalətə xəbərdarlıq edən Naci Görürün açıqlamaları geniş müzakirə olunur. Həmin vilayətlər üçün “Aqibətləri Hatay və Maraş kimi olacaq” deyən Görürdən yeni açıqlama gəldi.

Yenipress.az Publika.az-a istinadən xəbər verir ki, fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən 2 böyük zəlzələnin ağrıları hələ də keçməyib. Mərkəzi Bursada olan 5,1 bal gücündə zəlzələ hər kəsin ağlında sual yaratdı: “Böyük Mərmərə zəlzələsinə təsir edəcəkmi?”

Əskişəhər, Dənizli, Muğla, Ərzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari... Görür bu 18 vilayətlə bağlı xəbərdarlıq edərək bildirib ki, bu ərazilər birbaşa fay qatının üstündədilər.

“Bu şəhərlərin altındakı fay qatları olduqca güclüdür. Hər şəhərdə 7 və ya daha artıq bal gücündə zəlzələ yaratmaq imkanları var. Orada zəlzələ baş verərsə, zərər və itki anormal dərəcədə yüksək olacaq”.

Xəbər xətti