Analardan danışarkən, Kim Çen İn ağladı

DÜNYA bölməsi

09:54 - 6 Dekabr 2023

 Analardan danışarkən, Kim Çen İn ağladı

KXDR Dövlət Şurasının sədri Kim Çen İn V Ümumrespublika Analar Qurultayında hesabat oxunarkən ağlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Televiziyası kadrlar yyaıb.

Qurultayın ilk günündən – Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Li İl Hvanın çıxışını dinləyən Kim Çen İnin ağlamağa başladığı video göstərilib. Liderin həmin andakı siması iri planda göstərilib.

Şimali Koreya liderinin emosional reaksiyasına səbəb olan şey naməlum olaraq qalır, lakin bu, anaların övladlarının gələcəyi üçün fədakarlığa hazırlığından bəhs edən hesabat oxunarkən baş verib.

Qeyd edək ki, ölkənin Müdafiə Nazirliyi KXDR-in öz peyklərinin işinə xaricdən müdaxiləni müharibə kimi qiymətləndirəcəyi barədə xəbərdarlıq edib. Nazirlik bildirib ki, ABŞ Kosmik Qüvvələrinin rəsmisi Şimali Koreyanın bu yaxınlarda buraxılmış casus peykinə mümkün hücumlara eyham vurub. Belə təhdidlərin kim tərəfindən edildiyi açıqlanmır.

ABŞ rəsmilərindən buna şərhlər olmayıb.

Xəbər xətti