İranda hava təhlükə saçır: 1 ildə 26 min ölü...

DÜNYA bölməsi

15:56 - 5 Dekabr 2023

 İranda hava təhlükə saçır: 1 ildə 26 min ölü...

Son bir ildə İranın müxtəlif bölgələrində, xüsusilə, böyük şəhərlərdə havanın çirklilik səviyyəsinin yüksək olmasına görə 26 min nəfər həyatını itirib.

Yenipress.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Əlirza Abbasi deyib.

O, ölənlərin 6 min nəfərinin Tehranın payına düşdüyünü bildirib.

Abbasi havanın çirklilik göstəricilərinin yüksəlməsinə əsas səbəblərdən biri kimi elektrik stansiyalarında keyfiyyətsiz mazutdan istifadəni göstərib:

Energetika, Neft və Ekologiya nazirliklərinin hesabatlarına görə, elektrik stansiyalarının dizel yanacağında kükürdün miqdarı normadan 10 dəfə artıqdır. Səhiyyə Nazirliyinin hesabatına əsasən, bir il ərzində havanın çirklənməsi nəticəsində ölənlərin ölkə iqtisadiyyatına vurduğu maddi ziyan bütün ölkə üzrə 11,3 milyard dollar, Tehranda isə 3 milyard dollar təşkil edir, - Əlirza Abbası qeyd edib.

Həmçinin İranın Xuzistan əyalətində də hava çirkliliyi səbəbi ilə 1000 nəfər xəstəxanalara müraciət edib.

Bildirilib ki, xəsarət alanların çoxu amblator müalicə aldıqdan sonra evə buraxılıb, bir neçə nəfərin isə vəziyyəti ağır olduğu üçün palatalara köçürülüb.

Xəbər xətti