Son iki gündə Qəzzada ölənlərin sayı açıqlandı

DÜNYA bölməsi

14:39 - 5 Dekabr 2023

 Son iki gündə Qəzzada ölənlərin sayı açıqlandı

İsrail Qəzza zolağında ən güclü hava, quru və dəniz hücumlarından birini həyata keçirir və nəticədə son iki gündə ən azı 349 fələstinli ölüb, 750-dən çox insan yaralanıb.

Yenipress.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

BMT-nin Fələstin ərazilərində humanitar koordinatoru Lin Hastinqsin sözlərinə görə, anklavda hadisələr tezliklə “cəhənnəm ssenarisi” üzrə daha da inkişaf edəcək:

“İsrail quru qüvvələrinin əməliyyatlarının hazırda Qəzzanın cənubunda cəmlənməsi səbəbindən yardımın çatdırılması üçün şərait yoxdur”.

Xəbər xətti