Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

İQTİSADİYYAT bölməsi

14:38 - 5 Dekabr 2023

 Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hələlik onun yerinə təyinat yoxdur.

Bununla da AMB-də baş direktorların sayı 6-ya enib.

Digər baş direktorlar - Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov, Gülər Azər qızı Paşayevadır.

Xəbər xətti