Sistan və Bəlucistanda silahlı qarşıdurma: ölənlər var

DÜNYA bölməsi

13:09 - 5 Dekabr 2023

 Sistan və Bəlucistanda silahlı qarşıdurma: ölənlər var

Dekabrın 4-ü gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində hökumət qüvvələri ilə silahlı şəxslər arasında qarşıdurma olub.

Yenipress.az xəbər verir ki, bu barədə əyalətin polis rəisi Dostəli Cəlilian yerli mediaya açıqlamasında bildirib.

O, Əli Kuçulu adlı şəxsin dostu ilə birlikdə polis qüvvələrinə silahlı müqavimət göstərdiklərini, atışma zamanı hər iki şəxsin öldürüldüyünü deyib.

Cəlilian öldürülən şəxslərin quldurluq və silahlı basqınlara görə axtarışda olduqlarını söyləyib.

Xəbər xətti