İranda tələbələr ümumi tətilə çağırış etdilər

DÜNYA bölməsi

13:06 - 5 Dekabr 2023

 İranda tələbələr ümumi tətilə çağırış etdilər

İranda universitetlərdən qovulan və təhsillərinə məhduyiyyət qoyulan tələbələr bəyanat yayaraq, dekabrın 6-da ölkə üzrə ümumi tətil aksiyasına çağırış ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə Tələbə Hərəkatı Birliyi məlumat yayıb.

“İslam Respublikası öz legitimliyini avtokratiya əsasında müəyyən edib və bunu qorumaq üçün gücdən istifadəyə üstünlük verir. 15 azərdə (6 dekabr) bütün universitetlərdə dərsləri dayandıraraq, hakimiyyətə etirazımızı bildirəcəyik”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarından bu günə kimi minlərlə tələbə universitetdən qovulub, təhsillərinə məhdudiyyət tətbiq edilib və yüzlərlə tələbə həbs olunub.

Xəbər xətti