Ustalar məşhur müğənninin evini bərbad hala saldı

MAQAZİN bölməsi

10:12 - 5 Dekabr 2023

 Ustalar məşhur müğənninin evini bərbad hala saldı

Müğənni Vüqar Muradov evində təmir işləri həyata keçirən ustalardan şikayətçidir.

Yenipress.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sənətçi Rasim və Cəlal adlı ustaların onun evini bərbad vəziyyətə saldığını iddia edib.

O, ustaların onun evinə 3-4 min manat civarında zərər vurduğunu söyləyib.

Müğənni qeyd edib ki, hər iki usta evi yararsız təmir etsə də, sonradan bərpa edəcəklərinə söz verdikləri üçün işlərini davam etdirmələrinə razılıq verib.

O, bu razılıq qənaətinə isə humanistliyindən gəldiyini bildirib.

Xəbər xətti