İranda media platformasının rəhbəri həbs edildi

DÜNYA bölməsi

18:02 - 4 Dekabr 2023

 İranda media platformasının rəhbəri həbs edildi

İranın “Suruş” media platforması şirkətinin baş direktoru Məhəmmədrza Əli Əsgəri həbs edilib.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, ona qarşı “kiber məkanda əxlaqsız məzmunlu materialların dərcinə şərait yaratmaq” ittihamı irəli sürülb.

Qeyd edək ki, "Suruş" media platforması şirkəti İran Radio və Televiziyasının himayəsi ilə fəaliyyət göstərib. Hazırda 700 min istifadəçisi var.

Xəbər xətti