İrəvan və Moskva rus telekanallarının fəaliyyətini müzakirə edəcək

DÜNYA bölməsi

17:43 - 4 Dekabr 2023

 İrəvan və Moskva rus telekanallarının fəaliyyətini müzakirə edəcək

İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan deyib.

“Yüksək Texnologiyalar Sənayesi Nazirliyi iki ölkənin müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib. Rusiya dəvəti qəbul edib və İrəvanla Moskva arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması məsələsi, həmçinin saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr dekabrın ortalarına planlaşdırılır”, - o bildirib.

Xəbər xətti