"Qarabağ" azarkeşlərinə şad xəbər: Xankəndidəki oyununa onlar da aparılacaq

İDMAN bölməsi

17:19 - 4 Dekabr 2023

"Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik.

Yenipress.az Apasport.az-a istinadən xəbər verir ki, bu matça azarkeşlərin aparılmasına da qərar verilib.

Məlumata görə, hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib. “Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir.

Xəbər xətti